Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

"Yoluxma sayında azalma müşahidə olunur" - Təyyar Eyvazov

“Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir. Yoluxma sayında azalma müşahidə olunur”.

Ucnoqta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
O bildirib ki, sağalan insanların sayı yeni yoluxanları üstələyib: “Bu, xəstəxana yükünün azlamasında özünü göstərir. Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.

“Əksər xəstəliklərin kəskin alovlanma dövründə peyvənd vurdurula bilməz. Xəstəlik idarəolunan səviyyəyə düşəndə vaksin vurula bilər. Təbii ki, insanlar həkimə müraciət edərək xəstəliyin hansı dövrdə olduğunu öyrənə bilərlər. Həkim məsləhətindən sonra peyvənd vurdurmaq olar”, - o bildirib.

Tarix
15 Sentyabr 2021 [15:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-09-15 15:31:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin