Təhsil naziri Emin Əmrullayev 15 sentyabr - "Bilik günü" ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, paylaşımda deyilir:
"Pandemiya şəraiti ilə əlaqədar təhsil müəssisələrində tədrisin gec başlamasına baxmayaraq, 15 sentyabr hər il olduğu kimi bu il də ölkəmizdə "Bilik Günü" kimi qeyd edilir.
2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.
Bilik Günü münasibətilə bu il ilk dəfə məktəbə gedəcək olan birinciləri, tələbə həyatına qədəm qoyacaq gəncləri, bir sözlə, bütün şagird, tələbə, təhsil işçiləri və valideynləri təbrik edir, uğurlar arzulayıram.
Yeni tədris ilimiz uğurlu olsun!"