Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

Gürcüstanda yeni dərs ili distant formada başlayıb

Gürcüstanın orta və ali məktəblərində yeni 2021-2022-ci tədris ili koronavirus pandemiyası səbəbindən distant formada başlayıb. “Report”un yerli bürosu xəbər verir ki, dövlət və özəl təhsil müəssisələrində bu qaydada tədris oktyabrın 4-dək davam edəcək. Ölkənin Təhsil və Elm Nazirliyinin qərarı ilə birinci sinfə qəbul olunan şagirdlər oktyabrın 4-dən tədrisə əyani qaydada başlayacaqlar. Bu qərar yalnız koronavirusa yoluxma göstəricisi 4 %-dən aşağı olan şəhər və kəndlərə şamil olunacaq. Oktyabrın 4-dən sonra ölkə üzrə bütün təhsil ocaqlarında dərslərin siniflərdə keçirilməsinə qərarın veriləcəyi gözlənilir. Uşaq bağçalarına gəlincə, onlar oktyabrın 4-dək fəaliyyət göstərməyəcək.
Tarix
15 Sentyabr 2021 [08:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-09-15 08:42:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin