“WhatsApp”dan çoxdan gözlənilən funksiya - FOTO

“WhatsApp” konfidensiallıqla bağlı yeni funksiya əlavə edir.

Ucnoqta.az “oxu.az”a istinadən xəbər verir ki, mesencerdə istifadəçinin şəbəkəyə son daxil olması barədə məlumatları idarə etmək mümkün olacaq.
Artıq istifadəçi mesencerə son girişin vaxtını tamamilə söndürmədən bir neçə nəfərdən gizlədə bilər. Bunun üçün “Son ziyarət” bölməsində seçilən kontaktlar üçün məlumatı bağlamaq kifayətdir.

Gələcəkdə yeni xüsusiyyət profil şəkilləri və profil məlumatları üçün tətbiq olunacaq.

“WhatsApp”dan bildirilib ki, bu konfidensiallığa nəzarət etməyə daha çox şərait yaradacaq.

Hələlik bu funksiya “iOS” tətbiqinin “beta” versiyasında görülüb. Həmin funksiya tezliklə “Android” istifadəçiləri üçün də əlçatan olacaq.

“WhatsApp” yenilik barədə məlumatı yaxın günlərdə rəsmi olaraq elan edəcək.

Tarix
7 Sentyabr 2021 [18:31]
Müəllif
Üç nöqtə
2021-09-07 18:31:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin