Ana səhifə Mobil versiya
20 Sentyabr 2021

Yunus Emre İnstitutu AzTU-da türk dilinin tədrisini həyata keçirəcək - Foto

 Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Emre İnstitutu arasında türk dilinin tədrisi ilə bağlı protokol imzalanıb.

Universitetdən Ucnoqta.az-a verilən məlumata görə, protokolu universitetin rektoru, professor Vilayət Vəliyev və institutun sədri, professor Şeref Ateş imzalayıb.

Türkiyə universitetləri, o cümlədən Qazi Universiteti ilə imzalanan ikili diplom haqqında müqavilələrin yerinə yetirilməsi üçün Yunus Emre İnstitutu AzTU-nun müxtəlif fakültə və ixtisaslarında türk dilinin tədrisini həyata keçirəcək. Yunus Emre İnstitutu tərəfindən ilkin olaraq türk dili öyrənəcək tələbələrin səviyyələrinin müəyyənləşdirilməsi üçün Səviyyə Müəyyənləşdirmə İmtahanı (SBS) təşkil ediləcək.

Dərslərin sonunda türk dilinin beynəlxalq etibarlılığa malik olan və xarici tələbə qəbulunu asanlaşdıran Türkcə Yetərlik İmtahanlarının (TYS) keçirilməsi və imtahanda müvəffəqiyyət qazanan tələbələrə TYS sertifikatının verilməsi də nəzərdə tutulub.

Tarix
4 Avqust 2021 [15:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-08-04 15:42:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin