Almeyda yenidən "Qarabağ"da

16:55 - 3 Avqust 2021 - İDMAN

Ağdamın "Qarabağ" futbol klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeydanı transfer edib.

Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, 7 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Riçard Almeyda son mövsümü "Zirə" klubunda keçirib.

Xəbər xətti