“Telefonun yaxınlığında məxfi söhbətlər etməyin, ...” – EKSPERT

13:52 - 3 Avqust 2021 - MARAQLI

Rusiyalı ekspert Mark Şerman bildirib ki, smartfonun yanında məxfi informasiyalar müzakirə edilməməlidir. "Bir çox istifadəçi dəfələrlə aşkar edib ki, hər hansı mövzunun müzakirəsindən az sonra sosial şəbəkələrdə və axtarış sistemlərində həmin mövzu ilə bağlı reklam görüntülənir. Bununla əlaqədar belə bir sual meydana çıxır:  telefonun yanında, yaxud telefon danışığı zamanı hansı mövzuları müzakirə etmək olmaz?” 

Ucnoqta.az xəbər verir ki, "B&C” kommunikasiya agentliyinin idarəedici tərəfdaşı Mark Şerman "Praym” agentliyinə verdiyi açıqlamada məhz bu haqda danışıb.
"Telefonunuzun söhbətlərinizi gecə -gündüz dinlədiyinə dair heç bir dəlil yoxdur,  buna baxmayaraq, telefonun yanında məxfi məlumatları müzakirə etmək tövsiyə edilmir", - deyə ekspert xəbərdarlıq edib.

Agentliyin həmsöhbəti əmindir ki, məxfiliyin gözlənilməli olduğu əsas müzakirə mövzusu maliyyə məsələləridir. Çünki fırıldaqçılar sizin şəxsi məlumatlarınızı oğurlayıb, onlardan  öz bank hesablarına yatırım etmək üçün istifadə edə bilərlər.///sfera.az

Xəbər xətti