Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə deyilir ki, bir çox hallarda sürücülər tərəfindən, xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında qarşıda hərəkətdə olan avtomobillə düzgün ara məsafəsi saxlanılmır və nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsi tələblərinə riayət edilmir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev deyib ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini elə seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Bu məsələdə nəqliyyat vasitəsinin markası, modeli, digər texniki xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir və nəzərə alınmalıdır ki, köhnə avtomobillə müasir avtomobilin tormoz məsafəsi eyni deyil. Ona görə də avtomobilin texniki parametrlərinə, yol şəraitinə və əsasən də sürət rejiminə uyğun qabaqda gedən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlanılmalıdır, yəni sürət həddi artdıqca ara məsafəsi də çoxalmalıdır.

Yol şəraitinə uyğun müəyyən olunmuş sürət həddini isə heç bir halda aşmaq olmaz, çünki sürət yüksək olduqda sürücü qarşısına çıxan maneəni vaxtında dəf edə bilmir və qəza qaçılmaz olur.

Tarix
3 Avqust 2021 [00:33]
Müəllif
Üç nöqtə
2021-08-03 00:33:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin