Bakıda qadının 1 milyonluq qızılını oğurlayana HÖKM OXUNDU

23:15 - 2 Avqust 2021 - Xəbər

Bakıda qadının mənzillindən 1 milyon manata yaxın dəyəri olan qızılları oğurlamaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Tural Rəhimlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, Tural Rəhimli 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bakıda baş verib. Şəhər sakini Zülfiyyə Əliyevanın mənzilindən 1 milyon manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Qadının şikayəti əsasında araşdırma başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Tural Rəhimli saxlanılıb.

Z.Əliyeva bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb. Zərərçəkmiş bildirir ki, Tural Rəhimli bu işi tək yox, qardaşları ilə birgə edib.

Xəbər xətti