Ermənistan tank və minaatanlarla mövqelərimizi atəşə tutur

11:45 - 28 İyul 2021 - Xəbər

Ermənistan Bakı vaxtı ilə saat 10:00-da Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasını pozub.

Düşmən tərəfi Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətindəki mövqelərindən ordumuzun Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub.
Düşmən müxtəlif kalibrli silhalardan, o cümlədən minaatan və tanklardan mövqelərimizi atəş altında saxlayır. Ordumuz hazırda cavab tədbirləri görür.

Bu saata qədər Azərbaycan tərəfində 2 yaralı, Ermənistan tərəfdə isə 3 ölü, 2 yaralı var.///modern.az

Xəbər xətti