“Marş İrəli” başladı - Foto

20:57 - 27 İyul 2021 - Cəmiyyət

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən 7 günlük düşərgənin açılış mərasimi baş tutub.

İB-dən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdən öncə layihə iştirakçıları Göygöl rayon Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarı önünə gül dəstələri düzüblər.

Layihənin açılışında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, XTQ Baş Giziri, Vətən müharibəsi qazisi Mahir Məmmədov, Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi, Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, həmçinin, bir sıra Vətən müharibəsi veteranları iştirak ediblər.
 


Xəbər xətti