Azərbaycan çempionatının I diviziona qatılacaq klublar bəlli olub

18:36 - 23 İyul 2021 - İDMAN

Azərbaycan çempionatının I divizionunda 2021/2022-ci illər mövsümünün başlama tarixi və iştirakçıların adları dəqiqləşib.

Ucnoqta.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mövsüm sentyabrın 13-də start götürəcək.

Çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək. Yeni mövsümdə I divizionda aşağıdakı “Neftçi-2”, “Zaqatala”, “Turan Tovuz”, “Sabah-2”, “Qarabağ-2”, “Keşlə-2”, “Kəpəz”, “Qaradağ Lökbatan”, “Sumqayıt-2”, MOİK, “Zirə-2”, “Səbail-2” və “Qəbələ-2” komandaları çıxış edəcək.

Xəbər xətti