"Səhhətim normaldır" - Cavanşir Quliyev

11:00 - 23 İyul 2021 - Cəmiyyət

"Görünür, müsahibəni diqqətlə oxumayıblar. Mən demişəm ki, xəstəlik şərti olaraq ölümlə nəticələnə bilər".

Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, müalicələri davam edir: "Xəstəliyim ciddidir. Müalicələr davam edir. Hazirda səhhətim normaldır".

Qeyd edək ki, bəstəkar Autoimmun xəstəliyindən əziyyət çəkir.

 

Xəbər xətti