Azərbaycanda bu avtomobillərə tələbat xeyli artıb

23:29 - 12 İyul 2021 - AVTO

Son aylarda Azərbaycanda avtomobil bazarında ümumilikdə canlanma var. Konkert olaraq bəlli modellərə tələbat xeyli artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynov qeyd edib ki, hazırda avtomobil bazarında əsasən mexaniki transmissiyalı və dizel yananacağı ilə işləyən avtomobillər satılır:

"Ölkədə benzinin qiyməti ilə bağlı son dəyişiklikdən sonra insanlar dizel yanacağı ilə işləyən avtomobillərə üz tutur. Çünki dizelin qiyməti benzinin qiymətindən ucuzdur və meaniki transmissiyalı olması əlavə qənaət imkanları yaradır. Bu maşınların orta qiyməti 11-12 min manat civarındadır və qiymətlərdə 20 faizə qədər bahalaşma var. Bahalaşma isə bir sıra amillərlə bağlıdır.

Misal üçün pandemiyadan əvvəl sahibkar avtomobili xarici ölkədən gedib özü sürüb gətirirdi və onun yol xərci 500-600 avro olurdu. Eyni zamanda, birbaşa Azərbaycan gömrüyünə gəlirdi. İndi isə bunu etmək mümkün deyil və avtomobili ancaq yük maşınları ilə gətirirlər ki, bunun da xərci 1800-2000 avrodur. Buna görə də Azərbaycanda avtomobil bazarında 20 faizə qədər bahalaşma var. 10-11 minlik avtomobillər indi 12-13 min manat olub. Lakin qiymətlərin artmasına baxmayaraq, bu qiymətə olan avtomobillərin alqı-satqısı çoxdur. Bundan bahalı avtomobillərə isə tələbat çox azdır".

Xəbər xətti