İldırım və ya şimşək necə əmələ gəlir? - VİDEO

21:38 - 11 İyul 2021 - DİGƏR

Bir çoxumuzu düşündürən suallardan biri də ildırımın necə yaranmasıdır.

Ucnoqta.az Publika.az-a istinadla mövzu ilə əlaqədar Türkiyə mənbələrinə istinadla həm yazılı, həm də video formatında olan məlumatları oxucularına təqdim edir:

İldırım və şimşək nədir?

Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir.

Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan mənfi yüklər yerə, yerdə olan müsbət yüklər isə buluda tərəf axmağa başlayır.

Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 500 min amper, gərginlik isə 109 volt ola bilir.

İldırımın işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da şimşək adlanır.

Türkiyənin Elektrik ve Elektronik Mühəndisliyi Bölümünün nəznində fəaliyyət göstərən Yüksək Gərginlik Laboratoriyasında hazırlanan videoomaterialda ildırımın necə çaxdığının şahidi olacaqsınız.

Xəbər xətti