Dünyanın ən varlı insanları pullarını hara XƏRCLƏYİR?

22:26 - 9 İyul 2021 - MARAQLI

Sadə insanlar dünyanın ən zəngin şəxslərinin həyatını heyranlıqla izləyirlər. Onların gündəlik həyatları, qazandıqları milyonlar hər kəsin marağındadır.

Lent.az dünyanın ən varlı insanların pullarını necə xərclədiklərini təqdim edir: 

Ceff Bezos

211 milyard dollarlıq sərvəti ilə tarixin ən zəngin insanı olan 57 yaşlı amerikalı iş adamı Ceff Bezos səhər yeməyi üçün qızardılmış ahtapot sifariş verir. 

Bil Qeyts 

65 yaşlı Bill Qeyts 128 milyard dollarlıq sərvəti ilə 1994-cü ildə auksiondan Leonardo Da Vinçinin 16-cı əsrə aid əlyazmasına 30 milyon dollar xərcləyib. “Microsoft” şirkətinin qurucusu 2100 kvadratmetr kitabxanaya sahibdir. 

Bernard Arnault

Fransalı iş adamı Bernard Arnault super yaxtaya 150 milyon dollar xərcləyib. Yaxtada şüşə hovuz, açıq hava kinoteatrı və günəş cakkuzisi var. 

Mark Zukerberq

127 milyard dollarlıq sərvətə sahib olan “Facebook” yaradıcısı 12 min dollarlıq elektrik sörfünə sahibdir. Bundan əlavə, Mark Zukerberqin maraqlı dəniz nəqliyyat vasitələrinə milyonlar xərclədiyi sirr deyil. Həmçinin evində musiqi çalan, tost hazırlayan xüsusi robot da var.

İlon Mask

İlon Mask antik və sürətli avtomobillər sevdiyi heç kimə sirr deyil. 1920-ci ilə aid  “Ford Model T”, 1967 “Jaguar E-Type Roadster” və 1977-ci ildə istehsal olunan James Bond filmində istifadə olunan, dəyəri 1 milyon dollar olan “Lotus Esprit” adlı avtombilə sahibdir. Bundan əlavə onun qırıcı təyyarəsi də var. 

Xəbər xətti