Qardaşlıq nümunəsi

10:47 - 21 İyun 2021 - Cəmiyyət

Bildiyiniz kimi, 16 iyun 2021-ci il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Milli Məclisində çıxış etmiş və həmin çıxışı zamanı iki qardaş ölkənin mövcud və gələcək ikitərəfli münasibətlərinə aid olan məsələlərə toxunmuşdur.

Türkiyə Respublikasının siyasi və mənəvi dəstəyi ilə Azərbaycan ordusunun zəfəri bölgədə sülhün bərqərar olmasına və yeni inkişaf istiqamətlərinin formalaşmasına səbəb olmuşdur. Həmin qələbənin nəticəsində Cənubi Qafqazda uzun müddət ərzində “qanayan yara” olan Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə verilmişdir. Bu zəfər təkcə Azərbaycana deyil, eyni zamanda Ermənistana və bütünlüklə bölgəyə sülh və əmin-amanlıq gətirəcəkdir.

R.T.Ərdoğanın gündəmə gətirdiyi altılıq platforması-Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Rusiya  və Ermənistan- yeni əməkdaşlıq platformasıdır. Bu platformanın gələcək fəaliyyəti nəticəsində  bölgədə sabitlik meydana gələcək və düşmənçilik aradan qalxacaqdır. Bu platforma bütün bölgənin iqtisadi və siyasi maraqlarına uyğun olduğu üçün, ümumilkdə bölgənin inkişafına xidmət edəcəkdir. Məlundur ki, davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Belə bir əməkdaşlğın yaranması isə Azərbaycanın maraqlarına uyğundur.

Artıq yeni reallıqlar yaranmışdır. Azərbaycan-Rusiya-Erməstan arasında imzalanmıəş 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli Bəyannamələri meqalayihə olan Zəngəzur nəqliyyat dəhlizinin yaradılmasını gündəmə gətirmişdir. Bu reallıq kimlərinsə maraqlarına uyğun olmadığı üçün, onların gözləntilərini pozulmuşdur. Lakin bu belə də olamalı idi, çünki Azərbaycan belə istəyir. Bir həqiqəti anlamaq gərəkdir ki. Zəngəzur dəhlizin Azərbaycanın iqtisadi və siyasi maraqlarına nə qədər uyğundursa, bir o qədədr də Ermənistanın maraqlarına uyğundur.

Həmin nəqliyyat dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və bununla onlar da özləri tərəfindən salındıqları blokadadan xilas ola biləcəklər. Əgər Ermənistan Azərbaycan ilə olan mövcud problemləri həll edərsə, onda Türkiyə də lazımi addımları atacaq və Ermənistanla bağlı olan sərhədləri açacaqdır. Bu isə Ermənistanın bütün maraqlarını uyğundur və ümumilikdə ölkəni məhvolmaq təhlükəsindən qurtaracaqdır.

Artıq otuz illik işğal geridə qalmış və bu müddət ərzində biz, Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçirtdiyini, kimlərin bu işdən qazancla çıxdığını və kimlərin də nə itirdiyini çox yaxşı bilirik. Hər şeyini itirənlər,  şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına alınan torpaqlara qayıdacaqlar. Işğaldan azad olmuş torpaqlar öz sahiblərinə əbədi olaraq qovuşacaqdır.

Tarixən Azərbaycan və Türkiyə bir-birinin yanında olublar. Ikinci Qarabağ müharibəsi zamanı Türkiyə həm dövlət, həm də millət olaraq Azərbaycanın yanında yer almışdır. Belə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşüb, Çanaqqala savaşında Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları yadellilərə qarşı birlikdə vuruşub, şəhadətə ucalıb  və zəfər qazanıblar.  Həmçinin Qafqaz İslam Ordusunun əsgərləri  Nuru Paşanın komandanlığı altında azərbaycanlı qardaşlarının yardımına gəlmişlır. Bu isə o deməkdir ki, istər bu gün və istərsə də gələcəkdə bu iki xalq  düşmənə qarşı birlikdə vuruşacaqlar. Bunu düşmənlərimiz bilmədirlər.

1918-ci ildə Azərbaycanda törədilən erməni vəhşiliyinin qarşısını Nuru Paşa aldı. Həmin müddətə qədər erməni cinayətkrları artıq 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər. Azərbaycan tarixinin qara səhifələrindən biri olan mart soyqırımı heç zaman yadımızdan çıxmayacaqdır. Müasir dövrdə ermənilərin yalanları əsasında Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm ötən əsrin əvvəllərində, həm də işğal zamanı erməni vandallarının törətdiklərini görməmək istəyi belələrinin siyasi cəhətdən kor olduğunun bariz nümunəsidir.

Qarabağ işğaldan azad olunduqdan sonra dünya ictimayyətinə bəlli oldu ki, ermənilər heç bir zaman bu torpağın sahibi olmayıblar və bundan sonra da heç olmayacaqlar. Özlərini dünyaya sivil və mədəni bir toplum kimi təqdim edən erməni vandalları, bütün kəndləri və şəhərləri vəhşicəsinə dağıtmaqla, meşələri məhv etməkələ və əraziləri minalamaqla sübut etdilər ki, onlar vəhşi və barbardılar. Əgər bu torpaq onların idisə nədən Qarabağın daşı daş üstündə qalmamışdır? Bax əsl fərq burdadır. Biz o torpaqları tərk edən zaman heç bir evi yandırmadıq. Çünki bizim idi. Bu həm də bizim onlardan olan mədəniyyət fərqimizin göstəricisidir.

Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən salınan Şuşa şəhəri, tarixən təbii incəsənət akademiyası, musiqinin, ədəbiyyatın və incəsənətin beşiyi hesab olunub. Qarabağ xanının vəziri Molla Pənah Vaqifdən başlayaraq Şuşa  həm də ədəbiyyatın mərkəzi olmuşdur. Bu şəhər dahi Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun, Toğrul Nərimanbəyovun, S.S.Axundovun, seyid və xan Şuşinskilərin və daha neçə-neçə incəsənət xadimlərinin, yazıçıların və şairlərin vətənidir. Təkcə Azərbaycanda deyil, Türkiyə və bütün türk dünyasında fikirləri ilə söz sahibi olmuş Əhməd bəy Ağaoğlu kimi mütəfəkkirlərin yurdu olan Şuşa  yenidən dirçələcək və dünyaya açılacaqdlr.

Qarabağa qayıdış və işğaldan azad olmuş ərazilərin bərpası işində də qardaş Türkiyə yanımızda oalacaqdır. Biz birlikdə güclüyük və birlikdə bütün problemlərimizi həll edəcəyik.

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin
Nərimanov rayon şöbəsinin sədri

Xəbər xətti