Biləsuvar xəstəxanasının direktoru işdən çıxarıldı - Yeni təyinat

18:23 - 19 İyun 2021 - Xəbər

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının direktoru Xoşbəxt Ağayeva işdən çıxarılıb.

Ucnoqta.az "Qafqazinfo"-ya istinafən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Xoşbəxt Ağayevanın yerinə müvafiq əmrlə Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədtağı Əhmədov təyin edilib.

 

Xəbər xətti