Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var - Foto

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində baş verib.

Mingəçevir şəhər sakini, 36 yaşlı Mirzəyev Vasif Valeh oğlu “Opel” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, beton lövhəyə çırpılıb. Hadisə zamanı 3 nəfər – sürücü, sərnişinlər: Mingəçevir şəhər sakini, 61 yaşlı İsmayılova İradə Məmməd qızı və Şəki rayon sakini, 42 yaşlı Məmmədov Kamran İmran oğlu müxtəlif ağır xəsarətlər alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tarix
19 İyun 2021 [08:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 08:59:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin