ABŞ Ukraynaya hərbi yardım planını dayandırdı

Ağ Ev Ukraynaya 100 milyon dollar məbləğində hərbi yardım göstərməyi düşünsə də, planını dəyişib. APA xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.Məlumata görə, hazırlanmış yardım paketinə, həmçinin Ukraynaya döyüş silahlarının tədarükü də daxil idi. Xüsusi olaraq ABŞ bu ölkəyə qısamənzilli hava hücumundan müdafiə sistemləri, odlu silahlar və tank əleyhinə silahlar təqdim etməyi nəzərdən keçirirdi. ABŞ Milli Təhlükəsizlik Şurası Ukrayna ilə Rusiya sərhədindəki gərginliyin yumşalmasından sonra, eləcə də ABŞ lideri Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında 16 iyunda Cenevrədə baş tutan görüşdən əvvəl planın icrasını dayandırıb. “Politico” nəşrinin mənbələrindən birinin dediyinə görə, Ukraynaya yardım imkanı hələlik tam istisna olunmur.
Tarix
19 İyun 2021 [07:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 07:48:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin