Laçında faciəvi şəkildə həlak olan hərbçilərimizin FOTOLARI

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzasının baş verməsi barədə xəbər vermişdik.

Ucnoqta.az xəbər verir ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobilinin idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşməsi nəticəsində avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Vəfat edən hərbçilərimizin fotolarını təqdim edirik.

Qeyd edək ki, hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.///publika.az

 

Tarix
17 İyun 2021 [09:48]
Müəllif
Üç nöqtə
2021-06-17 09:48:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin