Türkiyəyə göndərilən daha 4 qazi Vətənə qayıdıb - FOTO

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazi sağalaraq Vətənə geri dönüb.

Bu barədə Ucnoqta.az-a Fonddan məlumat verilib.

Sağalaraq Vətənə geri dönən qazilər - Məmmədzadə Arif Mahir oğlunun, İbrahimov Kamran Ceyhun oğlunun, Bayramov Rahul Mərdan oğlunun, İslamov Vüsal İslam oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

 

Tarix
16 İyun 2021 [11:31]
Müəllif
Üç nöqtə
2021-06-16 11:31:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin