Bakı metropolitenində qısaqapanma olub

09:59 - 16 İyun 2021 - HADİSƏ

Bakı metropolitenində yenidən gərginlik problemi yaranıb.

"Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib:

"Elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur"

 

Xəbər xətti