Azərbaycanda aqrar sektor 3% böyüyüb

19:37 - 14 İyun 2021 - İQTİSADİYYAT

Bu ilin yanvar-may aylarında Azərbaycanda 2 245,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,9 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 5,2 % artaraq 475,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,3 % artaraq 1 769,8 milyon manat olub.

Xəbər xətti