"Hamı deyir Pərvinin paxıllığını çəkirəm. Pərvinin paxıllığını çəkib nə etməliyəm? Başdan ayağa silikondu, nəyinin paxıllığını çəkib".
Axşam.az xəbər verir ki, bu sözləri model Səmra Hüseynova aktrisa Pərvin Abıyevanın ünvanına deyib. O, bir vaxtlar yaxın rəfiqə olduğu Pərvinlə küsmələrinin səbəbini açıqlayıb:
"Pərvinlə əlaqə yoxdur, ola da bilməz. Bir rəfiqəsi xəstələnib, 3 ay yataqda qaldı. Gedib onla-bunla klublarda əylənirdi, rəfiqəsinin yanına gəlmədi. Onda o insan insan sayılmır. Yanıma gəlmədiyi, anama əl qaldıran insanla dostluq etdiyi üçün onu silmişəm. Həqiqət budur. Kim kimi geri çevirib hamı bilsin. Dəfələrlə zəng vurub yalvarıb da, vecimə almamışam".