QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən verilən məlumata görə, Müşahidə Şurasının iclasında Agentliyin fəaliyyətinin qurulması prosesində vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakını təmin etmək məqsədi ilə yaxın zamanlarda QHT nümayəndələri və ekspertlərlə görüşlərin keçirilməsi razılaşdırılıb. Eyni zamanda, Agentliyin Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi sahələr üzrə QHT təmsilçiləri ilə məsləhətləşmələrin aparılması barədə təkliflər müzakirə olundu, onlarla görüşlərin keçirilməsi prosesinə başlanması qərara alınıb.

İclasda mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuralarla bağlı vəziyyət müzakirə olundu, bu sahədə problemin öyrənilməsi və tövsiyələrin hazırlanması üzrə işçi qrup formalaşdırılıb.

Daha sonra ləğv olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən dövrdən qalmış öhdəlikləri barədə məsələ müzakirə olundu. Qərara alındı ki, Agentliyin strukturu müəyyən olunduqdan sonra Şuranın öhdəlikləri barədə arayış hazırlanaraq Müşahidə Şurasının növbəti iclasında yenidən müzakirəyə çıxarılsın.

Sonda Agentliyin əməkdaşlarının işə götürülməsi ilə bağlı komissiya formalaşdırıldı və bu istiqamətdə müvafiq işlərə başlanılması qərara alınıb.

Tarix
12 İyun 2021 [14:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-12 14:38:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin