Avro-2020-nin açılış matçında Türkiyəyə qalib gələn (3:0) İtaliya millisinin baş məşqçisi Roberto Mançini bu görüş haqqında fikirlərini bölüşüb.
Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Bu oyun elə də asan olmadı. Qrupda həqiqətən də bir bərabərlik olacaq. Yaxşı bir komandaya qarşı çıxış etdik. Bundan sonrakı matçlar daha da çətin olacaq. İsveçrə. Türkiyə və Uels milliləri yaxşı komandalardır. Bu gün Türkiyə yığmasının futbolçularına seçim şansı vermədik və boş mövqe yaratmadıq. Aramızdakı fərq bu idi.
Belə matçlarda hər şeyə ehtiyacınız olur. Tribunalardakı azarkeşlərimizin dəstəyi bizə kömək etdi. Xoşbəxtik. Düşünürəm ki, komanda həqiqətən də yaxşı oynadı. Əsas rolu topu sürətlə hərəkət etdirməyimiz, ötürməni almaq üçün futbolçularımızın düzgün mövqedə olması oynandı. Yarışa yaxşı başlamağımız vacib idi. Azarkeşlərimiz və bütün italiyalıları sevindirdiyimiz üçün xoşbəxtik. Bu axşam çox gözəl keçdi və ümid edirik ki, növbəti matçlarda daha çox şey edə bilərik. Bu hələ son deyil. Qarşıda altı oyun var".
Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Bakıda Uelslə qarşılaşacaq. Görüş 20:00-da başlayacaq.