Bakıda yük maşınlarının toqquşduğu qəzanın görüntüləri - VİDEO

10:01 - 11 İyun 2021 - HADİSƏ

Bakıda baş verən yol qəzasının görüntüləri yayılıb.

Ucnoqta.az-ın “Report”-a istinadən xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi Yolda, Lökbatan dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb. Nəticədə avtomobillərə və yolun kənarındakı təhlükəsizlik məqsədilə quraşdırılmış dəmir məhəccərlərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti