Bakıda yolu keçən iki qadını avtomobil vurub

00:03 - 11 İyun 2021 - HADİSƏ

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfəri avtomobil vurub.

APA xəbər verir ki, hadisə Cavanşir körpüsündə baş verib.
1977-ci il təvəllüdlü Hüseynova Sevda Alxas qızı və rəfiqəsi 1973-cü il təvəllüdlü Rəhimova Çiçək Bəxtiyar qızı yolu keçərkən onları avtomobil vurub.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti