İbadət yerləri ilə bağlı bu qadağa aradan götürüldü - RƏSMİ

“Nazirlər Kabineti yanında operativ qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma olub”.

Ucnoqta.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.
Onun sözlərinə görə, operativ qərargahla məsləhətləşmələr aparılıb və uşaqlarla bağlı 14 yaş məhdudiyyəti aradan götürülüb:

“İnşallah ölkədə koronavirusa yoluxma sayında müsbət dinamika davam etdikcə, digər məhdudiyyətlər də tədricən götürülər”.

Qeyd edək ki, bundan əvvəl ibadət yerlərinə yaşı 14-dən yuxarı olmayan uşaqların gəlməsinə yol verilmirdi.

Xatırladaq ki, bu gündən etibarən dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli qərarına uyğun olaraq, dini ibadət yerlərində eyni vaxtda 50 nəfərdən çox olmamaq şərtilə ibadətlər təşkil edilməlidir.

Tarix
10 İyun 2021 [21:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-10 21:04:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin