Türkiyədə son sutkada koronavirusdan 7 161 nəfər sağalıb

00:23 - 6 İyun 2021 - DÜNYA

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 92 nəfər dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 068 nəfərə çatıb. Bildirilib ki, ölkədə 6,126 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 282 594 nəfərə çatıb. Qeyd edilib ki, ötən gün koronavirusdan 7 161 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 154 771 nəfər təşkil edir.

Xəbər xətti