“Bank of Baku”nun sədri dəyişib

“Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Eldar Həmidov vəzifəsindən azad edilib.

 Banka rəhbərlik Filiz Yunis Əmrə Əli oğluna həvalə olunub.

O, indiyə qədər “Bank of Baku”nun Müşahidə Şurasının üzvü olub, Bankın əsas səhmdarı olan Türkiyənin “Nab Holdinq”ində çalışıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Tarix
17 May 2021 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-17 16:52:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin