Yol polisi Biləsuvarda qayda pozan sürücüləri cərimələdi

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.

Bu cür tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı izah olunub, barələrində qanunamüvafiq tədbirlər görülüb.

Tarix
17 May 2021 [11:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-17 11:35:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin