Nic qəsəbəsində məktəb tikintisinə 1,5 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev "Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, sərəncamla Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Sənədlə Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Tarix
17 May 2021 [11:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-17 11:32:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin