ABŞ-da yük qatarı relsdən çıxaraq aşıb

ABŞ-ın Ayova ştatının Sibley şəhəri yaxınlığında yanar maddələr daşıyan yük qatarı körpünün çökməsi nəticəsində relsdən çıxıb.

APA “KTIV” telekanalına istinadən xəbər verir ki, qəzadan qısa müddət sonra yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürənlər və kimyəvi maddələr üzrə mütəxəssislər cəlb edilib.

Qatarda kənd təsərrüfatı məqsədləri ilə yanaşı, partlayıcı maddələrin hazırlanmasında istifadə olunan gübrələr və ammonium nitrat maddələri də olub. Hadisənin baş verdiyi ərazidə 8 km radiusda insanlar evakuasiya edilib.

Hələlik mümkün qurbanlarla bağlı məlumat verilməyib.

Tarix
17 May 2021 [08:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-17 08:52:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin