Lənkəranda zəncirvari qəza olub, 5 nəfər yaralanıb - Foto

17:52 - 16 May 2021 - HADİSƏ

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin təsirindən hərəkət istiqamətini dəyişən "VAZ"lardan biri əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla toqquşub. Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digərlərinin orta ağırdır.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri mikroavtobusda sıxışaraq köməksiz vəziyyətdə qalan sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 


Xəbər xətti