Gəncə sakinində silah aşkarlanıb - Foto

12:28 - 15 May 2021 - HADİSƏ

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Sabir Abdullayev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “revolver” tipli tapança edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

 


Xəbər xətti