"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb

22:03 - 14 May 2021 - DİGƏR

"Facebook" şırkətinə məxsus eyniadlı və "İnstagram" sosial şəbəkələrinin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Britaniya, Almaniya, Polşa və digər ölkələrdə qeydə alınıb.

İstifadəçilər əsasən hesablarına giriş, şəkilləri yükləmə və lentə baxışda problemlərlə üzləşir. "İnstagram" sosial şəbəkəsindən şikayətlər isə əsasən saytın işi və xəbər lentinin yüklənməsi ilə bağlıdır.

Xəbər xətti