Gəncədə güclü külək fəsadlar törədib

Gəncədə yağışla müşahidə olunan güclü külək fəsadlar törədib. APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşıb. Bir neçə küçədə ağacın aşması nəticəsində elektrik və qaz xətləri sıradan çıxıb. Şəhərin bəzi ərazilərində qaz və elektrik enerjinin verilməsində fasilə yaranıb. Həmin ərazilərə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Qeyd edək ki, hazırda Gəncə şəhəri ərazisində yağışla müşahidə edilən küləkli hava davam edir.
Tarix
9 May 2021 [21:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-09 21:09:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin