Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb - Foto

Mayın 8-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində balıq körpələrinin növbəti buraxılışı həyata keçirilib.

IDEA İctimai Birliyindən verilən məlumata görə, tədbir zamanı gənc könüllülərin iştirakı ilə 5000 ədəd qızılxallı balığının körpələri Göygölə buraxılıb.
Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

"Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 2 milyona yaxın müxtəlifnövlü balıq körpələri buraxılmışdır.
“Zəngin hövzələr” layihəsi, eyni zamanda, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may tarixindən elan olunan 4 aylıq moratoriuma təsadüf edir. Bununla əlaqədar, layihə təşkilatçıları bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etməyə, məsuliyyətli balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır.

Gəlin Azərbaycanın nadir və dəyərli su bioresurslarını, həssas ekosistemlərini birlikdə bərpa edək və qoruyaq!

Tarix
9 May 2021 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-09 11:19:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin