Kürdəmirdə karantin qaydalarını pozan 16 nəfər cərimələndi

Son iki gündə Kürdəmirdə karantin qaydalarını pozduqlarına görə 16 nəfər rayon sakini cərimələnib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”un Yuxarı Şirvan bürosuna Kürdəmir Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Polis Şöbəsinin əməkdaşları gün ərzində istər rayonda, istərsə də kəndlərdə koronavirus infeksiyasının qarşısını almaq istiqamətində bir sıra tədbirlər həyata keçirirlər. Onlar sakinlər arasında profilaktik söhbətlər aparır və vətəndaşlara karantin qaydalarına ciddi şəkildə əməl etməyi, tibbi maskadan istifadəni, eləcə də sosial məsafəni gözləməyi tövsiyə edirlər. Təkcə son iki gün ərzində RPŞ əməkdaşları karantin qaydalarını pozduqlarına görə, eləcə də tibbi maskadan istifadə etmədiyinə görə 16 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 100-200 manat məbləğində cərimə tətbiq ediblər.

Hazırda Kürdəmir RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Tarix
7 May 2021 [00:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-07 00:39:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin