İyunun 1-dən “Google”nin bu xidməti pullu olacaq

1 iyundan etibarən “Google Photo” xidmətində limitsiz yaddaş üçün ödəniş etmək lazım olacaq

Ucnoqta.az xəbər verir ki, “Google” şirkəti “Google Photo” xidmətində yüksək keyfiyyətli şəkillərin saxlanılması üçün istifadəçilərə limitsiz disk yeri təqdim etməkdən imtina edəcək. Bu barədə hələ ötən ilin noyabrında xəbər verilmişdi, dəyişikliklər 1 iyun 2021-ci il tarixindən qüvvəyə minəcək.

Yeni qaydalar qüvvəyə mindikdən sonra fotoşəkil və videolar üçün pulsuz disk yerinin həcmi 15 QB olacaq. Disk yerinin həcmini artırmaq üçün “Google One” abunəsini rəsmiləşdirməli və şəxsi ehtiyaclarınızdan asılı olaraq təklif edilən variantlardan birini seçməli olacaqsınız. Qeyd etmək lazımdır ki, iyunun 1-dək “Google Photo” xidmətinə yüklənilmiş foto və videoların ümumi həcmi yeni məhdudiyyətlər tərəfindən nəzərə alınmayacaq.///“ICTnews”

Tarix
6 May 2021 [23:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-06 23:35:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin