Bakıda şirkətdən 90 min manatlıq oğurluq edən 4 nəfər saxlanılıb

13:05 - 6 May 2021 - HADİSƏ

Bakıda şirkətdə oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, DİN Baş Cinayət Axtarışı İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən MMC-yə məxsus 90 220 manat dəyərində 675 metr naqili, 6 ədəd birləşdiricini və elektrik lövhəsinin hissələrini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri A.Həşimov, E.Vəliyev, N.Atayev və S.Hümmətov saxlanılıb.

Xəbər xətti