Şabranda ağır qəza - ölən və yaralananlar var

10:45 - 6 May 2021 - HADİSƏ

Quba-Bakı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin adları məlum olub.

"Report"un məlumatına görə, hadisə yolun Şabran rayonu Gəndab qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "LADA Priora" markalı minik avtomobili idarəetməni itirərək "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

"LADA Priora" markalı avtomobildə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Xəyal Şayvələd oğlu Əhmədxanlı və Quba rayonu İqriq kənd sakini, 1993-cü il təvəllüdlü Əli Ağadadaş oğlu Əzizov hadisə yerindən ölüb.

Quba rayonu İqriq kənd sakinləri - 1994-cü il təvəllüdlü Kənan Mətləb oğlu Abdullayev, 1990-cı il təvəllüdlü Hüseyn Füzuli oğlu Babayev və 1989-cu il təvəllüdlü Əmri Şahvələd oğlu Əhmədov ağır bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

"Mercedes" markalı avtomobilin sürücüsünün Quba rayonunda yerləşən xəstəxanalardan birinə aparıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti