99 yaşlı şahzadə Filipin ölüm səbəbi Açıqlandı

09:07 - 6 May 2021 - HADİSƏ

Böyük Britaniya kraliçası II Elizabetin əri, şahzadə Filipin ölüm səbəbi rəsmi şəkildə açıqlanıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Telegraph” nəşri bildirib.
Nəşrin məlumatına görə, kral ailəsini müalicə edən həkim sənədlərdə göstərib ki, 99 yaşlı şahzadə Filip qocalıqdan ölüb.

Onun ölümünə başqa xəstəliklər və ya travmalar səbəb olmayıb.
Bu halda Filipin ölümündən bir neçə həftə əvvəl məlum olub ki, şahzadə ürəyindəki xroniki problemlə əlaqədar uğurlu cərrahiyyə əməliyyatı keçirib.

Şahzadə Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib. O, Vindzor qəsrində müqəddəs Georgi kilsəsində dəfn edilib. Filip kraliça II Elizabet ilə 73 il evli olub. Cütlüyün 4 övladı, 8 nəvəsi və 10 nəticəsi var.

Xəbər xətti