Dünyada koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 721 mindən çox artıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 721 398 nəfər yeni koronavirusa yoluxub, 11 491 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 153 954 491, ölənlərin isə 3 221 052 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Tarix
6 May 2021 [08:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-06 08:48:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin