Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

00:17 - 6 May 2021 - DÜNYA

Türkiyədə son 24 saat ərzində 356 nəfər koronavirusdan vəfat edib.

Sutka ərzində ölkə miqyasında 229 491 COVID-19 testi həyata keçirilib və 26 476 yeni yoluxma faktı aşkarlanıb.
Sağalanlara gəlincə, 35 464 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb.

Hazırda 2 414 nəfər intensiv terapiya və reanimasiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəbər xətti