DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ

19:11 - 5 May 2021 - Xəbər

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

İdarədən verilən məlumata görə, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

"Küləkli hava şəraiti ilə əlaqədar sürücüləri və piyadaları son dərəcə ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına daha çox əməl etməyə,  avtomobillərini hündürmərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik", - deyə qeyd olunub.

Xəbər xətti