Vətən müharibəsində şəhid olan hərbçi Mingəçevirdə dəfn olunub - FOTO

Vətən müharibəsində şəhid olan hərbçimiz Mingəçevirdə dəfn edilib.

APA-nın xəbərinə görə, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində hərbçilər, şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Dövlət himni səslənib, yaylım atəşi açılıb və şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

 

Tarix
5 May 2021 [19:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-05 19:06:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin