Mourinyo "Roma"nın baş məşqçisi oldu

17:54 - 4 May 2021 - İDMAN

Portuqaliyalı məşqçi Joze Mourinyo İtaliyanın "Roma" futbol klubunun baş məşqçisi təyin olunub.

Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mourinyo 2021-22 mövsümündən etibarən "Roma"ya rəhbərlik edəcək.

Bu, onun İtaliyada ikinci işi olacaq. Mourinyo 2008-2010-cu illərdə Milan "İnter"inə rəhbərlik edib və iki İtaliya çempionluğunu, 2010-cu ildə Çempionlar Liqasını qazanıb.

Portuqaliyalı məşqçi ötən ay İngiltərənin "Tottenhem" klubundakı vəzifədən azad edilmişdi.///trend

Xəbər xətti